Azər Əliyevin “Ufa”sından əzmkar səfər qələbəsi

Futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə “Rostov”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb - 2:1.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Əliyev 85-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Ufa” 27 oyuna topladığı 36 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə