Çexiyada mini-futbol üzrə “Heydər Əliyev Kuboku” Beynəlxalq gənclər turniri keçirilir
Praqada mini-futbol üzrə "Heydər Əliyev Kuboku" Beynəlxalq gənclər turnirinin açılışı olub. SİA-nın verdiyi məlumata görə, turnirdə Çexiya, Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı, İordaniya, Honduras, Fələstin, Nigeriya, Sudan, Botsvana, Küveyt və Qanadan komandalar iştirak ediblər.
Turnirin təşkilatçısı, Çexiyada Azərbaycan gənclər təşkilatının sədri Bulu İrəddim bildirib: "Çexiyada gənclərdən ibarət əcnəbi komandalar arasında əvvəllər də yarışlar təşkil etmişik, lakin turnir ancaq bu il Kubok statusu almışdır. Turnirə ümummilli lider Heydər Əliyevin adını verməklə biz, əvvələn, İngiltərədə 2008-ci ildən belə tədbirlər həyata keçirən "Odlar Yurdu" cəmiyyətinin təşəbbüsünə qoşulmuşuq. İkincisi, Heydər Əliyevin Azərbaycan idmanının inkişafına böyük töhfəsini vurğulamaq istəyirik".
Turnirin sponsoru, "Odlar Yurdu" Cəmiyyətinin sədri İlham Nağıyev bildirib ki, İngiltərədə təhsil alan azərbaycanlı tələbələr üç il əvvəl mayın 10-da ulu öndər Heydər Əliyevin şərəfinə turnir təşkil ediblər. O deyib: "Tam məsuliyyətlə təsdiq edirəm ki, bu turnir İngiltərənin əcnəbi gəncləri arasında çox populyardır. Odur ki, qərara gəlmişik ki, onu ümumavropa turnirinə çevirmək vaxtı çatmışdır".
Yarışa ilk olaraq "A" qrupunda yarışan Azərbaycan və Çexiya, Rusiya və Səudiyyə Ərəbistanı, Fələstin və İordaniya komandaları qoşulublar.
Azərbaycan və Çexiya komandaları arasında görüş gərgin mübarizə şəraitində keçib. Petr Moyiş elə ilk dəqiqədə komandamızın qapısından qol keçirsə də, çexlərin liderliyi uzun çəkməyib. Nurlan Həsənli düz iki dəqiqədən sonra cavab topu vurub: 1:1. Çexlərin müqavimətini yalnız görüşün ikinci hissəsində tamamilə qırmaq mümkün olub.
Görüş fotbolçularımızın inamlı qələbəsi ilə - 5:3 hesabı ilə başa çatmışdır. Səudiyyə Ərəbistanı komandası böyük hesabla (18:2) Rusiya komandasına məğlub olub, İordaniya futbolçuları Fələstin komandasına qalib gəliblər (6:2).
Turnirin final oyunu və qaliblərin mükafatlandırılması mayın 7-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB