“Verder” əsas Bundesliqadakı yerini qorumağı bacarıb

Almaniya Bundesliqasında mövsümü 16-cı pillədə başa vuran “Verder” 2-ci Bundesliqanın üçüncüsü “Haydenhaym”la pley-offun cavab matçına çıxıb.

SİA xəbər verir ki, “Haydenhaym”ın meydanın keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

Bremendəki görüşdə qolsuz heç-heçə qeydə alındığından bu nəticə ilə “Verder” cütün qalibi olaraq əsas Bundesliqadakı yerini qoruyub. “Haydenhaym” isə növbəti mövsümü də 2-ci Bundesliqada keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə