“Zenit” sona 4 tur qalmış 6-cı dəfə Rusiya çempionu olub

İyulun 4-də futbol üzrə Rusiya Premyer Liqasının 26-cı turunun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, lider “Zenit” səfərdə “Krasnodar” klubunun qonağı olub.

Görüş Peterburq təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində “Zenit” turnir cədvəlində “Lokomotiv” komandasını 13 xal qabaqlayaraq sona 4 tur qalmış çempion adi qazanıb.

Bu “Zenit”in tarixində 6-cı çempionluğudur.

Bütün xəbərlər Facebook səhifəmizdə