Ukrayna klubunda kütləvi koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb

Ukraynanın "Metallurq" klubunda kütləvi koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

SİA Zaporojye təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, testdən keçən 32 futbolçudan 13-də müsbət nəticə çıxıb. Yoluxanların vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Ukraynanın 2-ci liqasında çıxış edən komanda 21 xalla 16 komanda arasında 15-ci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə