Sabiq baş məşqçi koronavirusa yoluxdu

Futbol üzrə Braziliya milli komandasının sabiq baş məşqçisi Vanderley Luşemburqu koronavirusa yoluxub. SİA-nın verdiyi məlumata görə, bu barədə təcrübəli mütəxəssisin özü videomüraciətində deyib. O bildirib ki, COVID-19 üçün götürülən analiz nümunəsinin cavabı iyulun 3-də bəlli olub. Nəticə müsbət olduğu üçün o, dərhal hazırda rəhbərlik etdiyi "Palmeyras"ın məşqlərindən azad edilib. Luşemburqun yaşı 68 olduğu üçün yüksək risk qrupuna daxildir. Mütəxəssis koronavirus simptomlarının olmadığını və tam sağalanadək özünütədric vəziyyətində qalacağını vurğulayıb.

Qeyd edək ki, Vanderley Luşemburqu 1998 - 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub. Hazırda bu ölkədə 1 578 376 koronavirusa yoluxma, 64 365 ölüm var. Braziliya hər iki göstəricidə ABŞ-dan sonra ikincidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...