"Fənərbaxça" və "Başakşəhər"dən qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Lider “Başakşəhər” bu turda səfərdə “Antalyaspor”un qonağı olub və inamlı qələbəyə sevinib. “Fənərbaxça” isə İzmirin “Göztəpə” klubunu qəbul edib və çətinliklə də olsa, qalib gəlib.

“Yeni Malatyaspor” – “Gənclərbirliyi” matçında qapılara qol vurulmayıbsa, səfərdə “Ankaragücü” ilə qarşılaşan “Alanyaspor” darmadağına sevinib.

Türkiyə Super Liqası

30-cu tur

4 iyul

Ankaragücü – Alanyaspor 1:4

Qol: Rivas, 82 – Sisse, 64. O.Bulut, 66. Bakasetas, 78-pen. Fernandes, 90.

Yeni Malatyaspor – Gənclərbirliyi 0:0

Antalyaspor – Başakşəhər 0:2

Qol: D.Ba, 71. Elia, 90+7.

Fənərbaxça – Göztəpə 2:1

Qol: F.Kadıoğlu, 25; 45+2 – S.Aydoğdu, 66.

3 iyul

Dənizlispor – Qaziantep 0:1

Qol: G.Vural, 24.

5 iyul

19:30 Kasımpaşa – Sivasspor

22:00 Qalatasaray – Trabzonspor

22:00 Konyaspor – Rizəspor

6 iyul

22:00 Kayserispor – Beşiktaş

Bütün xəbərlər Facebook səhifəmizdə