"Neftçi"dən ayrılan Donald Gerye yenidən "Qarabağ"da

"Neftçi"dən ayrılan Donald Gerye "Qarabağ"a qayıdıb.

SİA xəbər verir ki, bu barədə haitili müdafiəçi özünün "İnstaqram" səhifəsində yazıb: "Doğma yer haqqında sehirli olan tək şey onu tərk etməyin yaxşı olduğu qədər ora geri qayıtmağın da xoş hisslər yaratmasıdır. Geri qayıtdım. Razılıq əldə olundu".

Qeyd edək ki, D.Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. 31 yaşlı oyunçu ötən yay "Neftçi"yə transfer olunmuş və bir müddət öncə klubdan ayrılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə