“Barselona”nın futbolçusunun İtaliya çempionu "Yuventus"a transferi rəsmiləşib

İspaniyanın “Barselona” klubunun futbolçusu Artur Melonun İtaliya çempionu "Yuventus"a transferi rəsmiləşib.

SİA xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İtaliya klubu braziliyalı yarımmüdafiəçidən ötrü qarşı tərəfə 72 milyon avro ödəyib. “Barselona” müxtəlif bonuslar nəzərə alınmaqla daha 10 milyon avro gəlir əldə etmək şansına malikdi.

23 yaşlı oyunçu 2019/20 mövsümünü "Barsa"da başa vurduqdan sonra yeni klubunun düşərgəsinə qoşulacaq. "Yuventus"un onunla 5 illik müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Artur "Barselona"ya 2018-ci ilin yayında "Qremio"dan keçib. O, Kataloniya komandasının heyətində 72 oyunda 4 qol vurub. "Sambaçı" "Barsa" ilə 2019-cu ildə İspaniya çempionu və Superkubokun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...