Cənubi Azərbaycan təmsilçisi “Traktor” öz meydanında uduzub

Cənubi Azərbaycan təmsilçisi “Traktor” öz meydanında uduzub

Koronavirus pandemiyasına görə fevraldan bəri təxirə salınan futbol üzrə İran çempionatında mövsüm bərpa olunub.

SİA xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” bu gün 22-ci tur çərçivəsində doğma meydanda “Nassaji Mazandaran” ilə qarşılaşıb. Cənubi Azərbaycan nəhəngi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda səfərdə “Fulad”la üz-üzə gələcək.

“Traktor” hazırda 37 xalla 16 kollektiv arasında 4-cü, “Maşinsazi” isə 24 xalla 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə