"Liverpul" "Mançester Siti"nin xal itirməsindən sonra çempionluğunu rəsmiləşdirib

"Liverpul" "Mançester Siti"nin xal itirməsindən sonra çempionluğunu rəsmiləşdirib

İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.

SİA xəbər verir ki, bu turun son oyununun nəticəsindən sonra ölkə çempionatının bu mövsüm üzrə qalibi dəqiqləşib. Belə ki, "Mançester Siti" səfərdə "Çelsi"yə uduzub - 1:2.

Ən yaxın izləyicisi "Mançester Siti"nin xal iotirməsindən sonra yaranan 23 xallıq fərq nəticəsində yarışın bitməsinə 7 tur qalmış "Liverpul" çempionluğunu rəsmiləşdirib və tarixində 19-cu dəfə ölkə çempionu olub. "Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə çempionatın qalibi adına yiyələnmişdi.

Digər görüşlərdə "Arsenal" səfərdə "Sauthempton"a qalib gəlib - 2:0. "Bernli" isə doğma meydanda "Uotford"dan üstün olub - 1:0

25 iyun

"Çelsi" - "Mançester Siti" - 2:1
Qollar: Pulişiç, 36 (1:0), Kevin de Brüyne, 55 (1:1), Villian, 78-pen (2:1)
Qırmızı vərəqə: Fernandinyo, 77 ("Mançester Siti")

"Bernli" - "Uotford" - 1:0
Qol: Rodriqes, 73

"Sauthempton" - "Arsenal" - 0:2
Qollar: Nketia, 20, Uillok, 86

Qeyd edək ki, birinci yeri təmin edən "Liverpul"un 86-ı xalı var. "Mançester Siti" 63 xalla 2-ci, "Lester" 55 xalla 3-cü, "Çelsi" 54 xalla 4-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə