Rusiyanın “Orenburq” klubunda 8 nəfər koronavirusa yoluxub.
SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yoluxanlardan 6-sı futbolçu, 2-si isə klub işçisidir.
Koronavirusa yoluxan şəxslərin adı açıqlanmayıb. Həmin şəxslər Premyer Liqanın 23-cü turunda "Lokomotiv”lə keçirilən oyundan (0:1) əvvəl testdən keçirilib və nəticələri neqativ olub.
Qeyd edək ki, bundan əvvəl Premyer Liqa klublarından "Rostov", "Dinamo" (Moskva) və "Ufa"nın futbolçularında da koronavirus aşkarlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB