"Neftçi" çempionluğunu bitimə 3 tur qalmış elan etdi-FOTO

"Neftçi" çempionluğunu bitimə 3 tur qalmış elan etdi-FOTO
Dünən ölkəmizdə keçirilən 2 matçla XXIX turun oyunlarına yekun vuruldu. SİA-nın məlumatına görə, bu tur çempionluq uğrunda gedən yarışın ya davam, ya da tamam olacağının bəlli olacağı mərhələ idi. Belə ki, çempionluğa ən real namizəd "Neftçi" komandası ən yaxın izləyicisi olan "Xəzər-Lənkəran"ı 8 xal, Ağdamın "Qarabağ" komandasını isə 9 xal qabaqlayırdı. Bu komandalardan hər hansının mümkün xal itikisi Flaqmana yarayırdı ki, vaxtından əvvəl çempionluğunu bayram etsin. Hadisələri qabaqlayaraq demək olar ki, məhz belə də oldu. Aprelin 30-da səfərdə "İnter"in qonağı olan "Xəzər-Lənkəran" rəqibi ilə heç-heçə etdi(1-1). Mayın 1-də keçirilən "Qarabağ" - "Bakı" görüşündə də 2-2-liklə heç-heçə qeydə alındı və səfərdə "Azal"ı 1-3 hesabı ilə məğlub edən "Neftçi" 6 illik fasilədən sonra bitimə 3 tur qalmış 5-ci Azərbaycan çempionluğunu bayram etdi.

Oyundan sonra mətbuata açıqlamasında komandanın baş məşqçisi Arif Əsədov bu çempionluğu klubun prezidenti Sadıq Sadıqova həsr etdiklərini dedi. İndi isə bu turda qeydə alınan nəticələri nəzərinizə çatdırırıq:

"İnter" 1-1 "Xəzər-Lənkəran"
"Qarabağ" 2-2 "Bakı"
"Azal" 1-3 "Neftçi"

2-ci altılıq oyunları
"Simurq" 0-0 "Qəbələ"
"Gəncə" 1-0 MOİK
"Turan" 0-1 "Muğan"

Bütün xəbərlər Facebook səhifəmizdə