“Roma” qalib gəldi, “İnter” xal itirdi, “Latsio” uduzdu

“Roma” qalib gəldi, “İnter” xal itirdi, “Latsio” uduzdu

Futbol üzrə İtaliya A Seriyasında 27-ci tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Turnir cədvəlinin ikinci pilləsində yer alan “Latsio” çətin “Atalanta” səfərinə yollanıb. Qarşılaşmaya qonaqlar daha yaxşı başlasalar da, sonda meydan sahibləri əzmkar qələbə qazanıblar.

“Roma” da “Sampdoriya” ilə ev oyunundan əzmkar qələbə ilə ayrılıb.

“İnter” isə “Sassuolo” ilə ev oyununda xal itkisi ilə üzləşib.

İtaliya A Seriyası

27-ci tur

24 iyun

İnter – Sassuolo 3:3

Qol: Lukaku, 41-pen. Biraqi, 45+1. Valero, 86 – Kaputo, 4. Berardi, 81. Maqnani, 89.

Roma – Sampdoriya 2:1

Qol: Dzeko, 64; 85 – Qabbyadini, 11.

Atalanta – Latsio 3:2

Qol: Qosens, 38. Malinovski, 66. Palomino, 80 – De Roon, 5—öz qapısına. Milinkoviç-Saviç, 11.

22 iyun

Fiorentina – Breşiya 1:1

Qol: Pezzella, 29 – Donnarumma, 17-pen.

Leççe – Milan 1:4

Qol: Mankosu, 54-pen – Kastilyexo, 26. Bonaventura, 55. Rebiç, 57. Leao, 72.

Bolonya – Yuventus 0:2

Qol: Ronaldo, 23-pen. Dibala, 36.

23 iyun

SPAL – Kalyari 0:1

Qol: Simeone, 90+3.

Verona – Napoli 0:2

Qol: Milik, 38. Lozano, 90.

Cenoa – Parma 1:4

Qol: Falke, 59-pen – Kornelius, 18; 33; 53. Kuluşevski, 87.

Torino – Udineze 1:0

Qol: Belotti, 16.

Bütün xəbərlər Facebook səhifəmizdə