"Keşlə" monteneqrolu müdafiəçisi ilə yeni 1 illik müqavilə imzalayıb

"Keşlə" monteneqrolu müdafiəçisi ilə yeni 1 illik müqavilə imzalayıb

“Keşlə” daha bir futbolçusu ilə müqavilə yeniləyib.

SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu Miyuşko Boyoviçlə sözləşməni uzadıb.

Monteneqrolu müdafiəçi ilə yeni 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Keşlə”də daha öncə Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanovla da 1 illik müqavilə imzalamışdı. Paytaxt klubu “Neftçi”dən ayrılan Tural Axundovu da transfer edib. Əvəzində Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollar ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə