"Real" “Barselona”nın xal itirməsindən maksimum yararlanaraq zirvəyə yüksəlib

"Real" “Barselona”nın xal itirməsindən maksimum yararlanaraq zirvəyə yüksəlib

Futbol üzrə İspaniya La Liqasında 30-cu tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.

“Selta” “Alaves”lə, “Valensiya” isə “Osasuna” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Madrid “Real”ı 30-cu tur çərçivəsində “Real Sosyedad”ın qonağı olub. Bu oyunda qalib gələn paytaxt klubu “Barselona”nın xal itirməsindən maksimum yararlanıb və zirvəyə yüksəlib.

İspaniya La Liqası

30-cu tur

21 iyun

Selta – Alaves 6:0

Qol: Murilyo, 14. Aspas, 20. Rafinya, 40; 41. Nolito, 78. Mina, 86.

Valensiya – Osasuna 2:0

Qol: Quedes, 12. Rodriqo, 35.

Real Sosyedad – Real 1:2

Qol: Merino, 83 – S.Ramos, 50-pen. Benzema, 70.

19 iyun

Qranada – Vilyarreal 0:1

Qol: Moreno, 11.

Malyorka – Leqanes 1:1

Qol: Sevilya, 9 – Oskar, 87.

Sevilya – Barselona 0:0

20 iyun

Espanyol – Levante 1:3

Qol: D.Lopes, 28 – Mayoral, 14. Bardi, 67. Pedrosa, 87-öz qapısına.

Atletik – Betis 1:0

Qol: Martines, 7.

Xetafe – Eybar 1:1

Qol: Etebo, 30 – Çarles, 45+6.

Atletiko – Valyadolid 1:0

Qol: Vitolo, 81.

Bütün xəbərlər Facebook səhifəmizdə