“Liverpul”dan qolsuz heç-heçə, "Çelsi" əzmkar qələbə qazanıb

“Liverpul”dan qolsuz heç-heçə, "Çelsi" əzmkar qələbə qazanıb

İngiltərə Premyer Liqasında 30-cu turun oyunları davam edir.

SİA xəbər ki, ötən gün daha iki görüş keçirilib. "Çelsi" səfərdə "Aston Villa"dan üstün olub - 2:1. Əzəli rəqiblər "Everton"la lider "Liverpul"un oyununda isə qapılara qol vurulmayıb. Karlo Ançelottinin gəlişindən sonra müdafiədə inamlı təsir bağışlayan meydan sahibləri güclü rəqibindən də qol buraxmayıb.

Bu nəticələrdən sonra "Liverpul" 83 xalla 1-cidir. "Mançester Siti" (60) 2-ci, "Lester" (54) 3-cü, "Çelsi" (51) 4-cü, "Mançester Yunayted" (46) 5-cidir.

21 iyun

İngiltərə Premyer Liqası, 30-cu tur

"Aston Villa" - "Çelsi" - 1:2
Qollar: Hause, 43 (1:0), Pulişiç, 60 (1:1), Jiru, 62 (1:2)

"Everton" – "Liverpul" - 0:0


22 iyun

23:00. "Mançester Siti" – "Bernli"

Bütün xəbərlər Facebook səhifəmizdə