Teymur Rəcəbov “Chess Masters” onlayn rapid turnirində mübarizə aparır

Teymur Rəcəbov “Chess Masters” onlayn rapid turnirində mübarizə aparır

İyunun 21-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə seriya turnirinin üçüncü mərhələsi olan “Chess Masters” onlayn rapid turnirində B qrupunun oyunları start götürüb. SİA-nın verdiyi məlumata görə, təmsilçimiz Teymur Rəcəbov da bu qrupda mübarizə aparır.

Turnirin A qrupunun ilk dövrəsinin oyunları dünən keçirilib. Yekun nəticəyə görə, rusiyalı Vladislav Artemiyev 3,5 xalla liderliyi ələ keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə