Pandemiya səbəbindən martdan dayandırılan İtaliya A Seriyası bərpa olunub

Pandemiya səbəbindən martdan dayandırılan İtaliya A Seriyası bərpa olunub

Koronavirus pandemiyasına görə martdan dayandırılan İtaliya A Seriyası bu gün nəhayət ki, bərpa olunub.

SİA xəbər verir ki, əvvəlcə 25-ci turda təxirə salınmış oyunlar keçirilib.

A Seriyasının bərpa matçında “Torino” “Parma”nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. “Verona” isə “Kalyari” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

İtaliya A Seriyası

25-ci tur

20 iyun

Torino – Parma 1:1

Qol: Nkulu, 15 – Kuçka, 31.

Verona – Kalyari 2:1

Qol: Di Karmine, 14; 26 – Simeone, 43.

21 iyun

21:30 Atalanta – Sassuolo

23:45 İnter – Sampdoriya

Bütün xəbərlər Facebook səhifəmizdə