"Arsenal" İngiltərə Premyer Liqasında növbəti məğlubiyyət

"Arsenal" İngiltərə Premyer Liqasında növbəti məğlubiyyət

"Arsenal" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

SİA xəbər verir ki, London klubu 30-cu turda "Brayton"un qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Brayton" - "Arsenal" - 2:1
Qollar: Pepe, 68 (0:1), Dunk, 75 (1:1), Maupay, 90+5 (2:1)

Bu nəticədən sonra Mikel Artetanın komandası 40 xalla 9-cu pillədə qalıb, "Brayton" isə 32 xalla 15-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 60 xalla 2-ci, "Lester" 54 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə