"Bavariya"nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb

"Bavariya"nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb
"Bavariya"nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, polşalı hücumçu Bundesliqada hazırda davam edən "Frayburq"la matçda dubla imza ataraq bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 33-ə yüksəldib. Bununla da, o, Bundesliqa tarixində bir mövsümdə ən çox qol vuran legioner futbolçu olub. 31 yaşlı hücumçu bu göstəricidə Pyer-Emerik Obameyanqı (31 qol) geridə qoyub. Qeyd edək ki, Bundesliqa tarixində ən çox qol vuran futbolçu isə Gerd Müllerdir.

Bütün xəbərlər Facebook səhifəmizdə