Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş OBSL 2011 "Spring" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirib. SİA-nın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, rəqib Sankt-Peterburqun FC "Sity" komandası olub.
Oyun FC "Sity"nin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Əbdül Əliyev və Nahid Mehrəliyev fərqlənib.
Qeyd edək ki, yığmamız ilk görüşündə Sankt-Peterburqun "Kristal" komandasına 2:3 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB