"Barselona"dan qələbə, "Atletiko" rəqibini darmadağın etdi

"Barselona"dan qələbə, "Atletiko" rəqibini darmadağın etdi

Futbol üzrə İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Eybar” – “Atletik” matçında qalib müəyyənləşməyib.

“Valyadolid” – “Selta” görüşündə qapılara ümumiyyətlə qol vurulmayıb.

28-ci turda “Atletik”lə qollu bərabərə qalan “Atletiko” “Osasuna” səfərinə yollanıb və 5 cavabsız qolla qalib gəlib.

İspaniya La Liqası

29-cu tur

15 iyun

Levante – Sevilya 1:1

Qol: D.Karlos, 87-öz qapısına – De Yonq, 46.

Betis – Qranada 2:2

Qol: Kanales, 84-pen. Telyo, 88 – C.Fernandes, 29. Soldado, 90+1.

16 iyun

Xetafe – Espanyol 0:0

Vilyarreal – Malyorka 1:0

Qol: Bakka, 16.

Barselona – Leqanes 2:0

Qol: Fati, 42. Messi, 69-pen.

17 iyun

Eybar – Atletik 2:2

Qol: Kike, 19. Orelyana, 78-pen – R.Qarsiya, 8-pen. Vilyalibre, 81.

Valyadolid – Selta 0:0

Osasuna – Atletiko 0:5

Qol: J.Feliks, 27; 56. Lyorente, 79. Morata, 82. Karrasko, 88..

18 iyun

21:30 Alaves – Real Sosyedad

00:00 Real – Valensiya

Bütün xəbərlər Facebook səhifəmizdə