Fernando Musleranın oyun zamanı ayağı sınıb

Fernando Musleranın oyun zamanı ayağı sınıb

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

SİA xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera XXVII turun “Rizəspor”la oyununda zədələnib.

Uruqvaylı qolkiper 15-ci dəqiqədə ayağından xəsarət alıb. Rəqib futbolçu Milan Şkoda ilə toqquşmada əlcək sahibinin sağ ayağı qırılıb.

Oyunu davam etdirə bilməyən Musleranı Okan Kocuk əvəzləyib. 9 ildir oynadığı “Qalatasaray”da cəmi 13 matç buraxan Fernando bu gün İstanbulda əməliyyat olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə