Almaniya Bundesliqasında "Leypsiq" "Hoffenhaym"ı məğlub edib

Almaniya Bundesliqasında "Leypsiq" "Hoffenhaym"ı məğlub edib

Almaniya Bundesliqasında XXXI tura start verilib.

SİA xəbər verir ki, turun açılış matçında bir oyun keçirilib.

Liderlər qrupunda qərarlaşan "Leypsiq" Avropa Liqasına iddia edən "Hoffenhaym"ın qonağı olub. Matça Dani Olmonon ardıcıl iki qolu ilə başlayan "Leypsiq" ikinci hissədə də üstünlüyünü davam etdirib. Nəticədə səfərdən qələbə ilə dönən qonaqlar 3-cü pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, turun digər oyunları iyunun 13-14-də keçiriləcək.

Almaniya Bundesliqası
XXXI tur
12 iyun

"Hoffenhaym" - "Leypsiq" - 0:2
Olmo, 9, 11

Bütün xəbərlər Facebook səhifəmizdə