Sankt-Peterburqda bodibildinq və fitnes üzrə VIII Avropa çempionatı keçirilib. SİA-nın xəbərinə görə, çempionatda Azərbaycanı Əhməd Alaverdi və Vüqar Verdiyev təmsil ediblər. Azərbaycanlılarla yanaşı, qüvvələrini Rusiya, Ukrayna, Belarus, Moldova, Latviya, Litva və Estoniya təmsilçiləri sınayıblar. Ümumən çempionatda 67 komanda iştirak edib. Ə.Alaverdi mütləq hesabda 10-cu yeri, V.Verdiyev 12-ci yeri tutub. Təəssüf ki, növbəti mərhələyə yalnız ilk altı yeri tutan idmançılar keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB