Şahmat idman növü üzrə onlayn rayon birinciliyi təşkil edilib FOTOLAR

Şahmat idman növü üzrə onlayn rayon birinciliyi təşkil edilib FOTOLAR

15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə YAP Yevlax rayon təşkilatı və Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Şahmat idman növü üzrə onlayn rayon birinciliyi təşkil edilib. SİA-nın verdiyi məlumata görə, yarışın təşkilinin əsas məqsədi sosial izolyasiya şəraitində olsa belə ölkəmizin tarixi üçün əlamətdar və yadda qalan bir hadisəsi-15 iyun Milli Qurtuluş Gününün əsl mahiyyətini bir daha məktəblilərin diqqətinə çatdırmaq, məktəblilərin asudə vaxtının səmərəli təşkilini həyata keçirmək və müasir texnologiyaların bugün müxtəlif sahələrdə olduğu kimi idman sahəsində də rolunu nümayiş etdirmək idi.

Şahmat turniri Yevlax-UGİSM virtual kulubunda məktəblilərin iştirakı ilə İsveçrə sistemi üsuli əsasında 7 oyundan ibarət bir şəkildə təşkil olunub. Gərgin mübarizə sonunda oyunun ən yaxşıları müəyyən edilərək I-II-III yerlərə layıq görülüb, digər 5 iştirakçı isə turnir iştirakşıları arasında fərqləndiyinə görə təltif ediliblər. Qaliblər və turnirdə fərqlənən iştirakçılar YAP Yevlax rayon təşkilatının fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar. Mükafatlandırılma karantin rejimi qaydaları qorunmaq şərti ilə fərdi şəkildə YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev, YAP Yevlax rayon təşkilatının Gənclər Birliyinin sədri Maqsud Süleymanlı və Yevlax-UGİSM-in direktoru Rəşad Bəhmənli tərəfindən onların evlərində verilib.

Məktəblilər onların asudə vaxtlarının maraqlı keçirilməsi üçün təşkil edilən şahmat turnirinə görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər. YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev isə öz növbəsində hər bir məktəblini qarşıdan gələn 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə təbrik edərək bundan sonrada bu kimi idman yarışlarının davamlı olaraq təşkil olunacağı bildirilib.

Sonda hər bir qalib iştirakçı ilə xatirə şəkili çəkdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə