Rusiyanın “Lokomotiv” klubu Almaniya millisinin sabiq üzvü ilə yollarını ayırıb

Rusiyanın “Lokomotiv” klubu Almaniya millisinin sabiq üzvü ilə yollarını ayırıb

Rusiyanın “Lokomotiv” klubu futbolçusu Benedikt Hövedeslə yolları ayırıb.

SİA xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Almaniya millisinin sabiq üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 32 yaşlı müdafiəçi ailə vəziyyətinə görə komandanı tərk edib.

Qeyd edək ki, Benedikt Hövedes 2018-ci ilin yayından “Lokomotiv”də çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə