PSJ ilə müqaviləsi başa çatacaq Kavaninin yeni komandasının adı bilindi

PSJ ilə müqaviləsi başa çatacaq Kavaninin yeni komandasının adı bilindi

PSJ-nin hücumçusu Edinson Kavaninin yeni komandasının adına aydınlıq gəlib.

SİA xəbər verir ki, Uruqvay millisinin üzvü mövsümün sonunda İspaniyaya köçəcək.

33 yaşlı forvard "Atletiko" ilə ilkin müqavilə imzalayıb. PSJ ilə müqavilə müddəti başa çatan ulduz futbolçunun iyulda "Atletiko"ya keçidinin rəsmən açıqlanması gözlənilir. Transfer ispanlara havayı başa gələcək.

Qeyd edək ki, Edinson Kavani 2013-cü ildən PSJ-də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə