Futbol üzrə İtaliya kubokunun qalan oyunlarının təqvimi müəyyənləşib

Koronavirus pandemiyasına görə dayandırılmış futbol üzrə İtaliya kubokunun qalan oyunlarının təqvimi müəyyənləşib.

SİA xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora məlumat verib.

O, “Milan” və “Yuventus” arasında baş tutacaq yarımfinal görüşünün iyunun 12-də keçiriləcəyini söyləyib. Bir gün sonra isə “Napoli” ilə “İnter” qarşılaşacaq. İyunun 17-də isə final qarşılaşması baş tutacaq.

Qeyd edək ki, İtaliya A Seriyasının da iyunun 20-dən etibarən bərpası nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə