Timo Verner "Çelsi" klubuna yaxın zamanda transfer edilə bilər

"Leypsiq" futbol komandasının hücumçusu Timo Verner "Çelsi" klubuna yaxın zamanda transfer edilə bilər.

SİA "sports.ru" saytına istinadən bildirir ki, "Çelsi" 24 yaşlı futbolçuya mövsümünə 24 milyon avro maaş ödəməyə hazırdır. Transfer yay aylarında baş tutmalıdır və ingilis futbol klubu T. Vernere görə 60 milyon avro verəcək.

"La Gazzetta" nəşrinin jurnalisti Nikolo Skira daha əvvəl T.Vernerin "Liverpul" klubuna üstünlük verdiyini bildirib. "Transfermarkt" portalı futbolçunu 64 milyon avroya qiymətləndirir.

Timo Verner 2016-cı ildən "Leypsiq"in tərkibində oynayıb. Bu mövsüm futbolçu 40 matç keçirib, 31 qol vurub və 12 faydalı ötürmə edib. Almaniya millisi üçün T.Verner 11 matçda fərqlənərək 29 oyun keçirib, 2017-ci ildə isə komandanın tərkibində Konfederasiyalar kubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə