Çempionlar Liqasında "El-Klassiko" "Barselona"nın qələbəsi ilə nəticələnib
Bu gün dünya futbol ictimaiyyətinin diqqəti Madridə yönəlib. SİA-nın məlumatına görə, əzəli rəqiblər olan "Real" və "Barselona" klubları bu dəfə Çempionlar Liqasının ilk yarımfinal görüşündə üz-üzə gəliblər.
Son 2 "El-Klassiko" oyununda "Real"a qalib gələ bilməyən "Barselona" bugünkü görüşdə rəqibindən üstün olduğunu mükəmməl oyunu ilə sübut edib. Futbol mütəxəssisləri bu dəfəki görüşün Avropada olmasını nəzərə alaraq, "Barselona"ın işinin çətin olacağını söyləyirdilər.
Sonuncu dəfə 2002-ci ildə ÇL-in qalibi olan "Real" klubu isə Joze Mourinyonun rəhbərliyi altında yenidən turnirin ən güclüsü olmaq niyyətində idi. Ötən mövsüm "İnter"i çalışdıran Mourinyo məhz ÇL-in yarımfinalında "Barselona"nı məğlub edərək finala yüksəlmişdi. Amma bu dəfə kataloniyalılar əzmkar oyunları ilə qələbəyə layiq olduqlarını oyunları ilə göstərdilər. Lionel Messi matçın 76 və 87-ci dəqiqələrində vurduğu qollarla Barselonaya qələbə qazandırıb. 2-0
Qeyd edək ki, "Real" - "Barselona" görüşünün cavab qarşılaşması mayın 3-də "Nou-Kamp" stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB