"Xəzər Lənkəran" öz meydanında "Bakı"nı məğlub edib

"Xəzər Lənkəran" öz meydanında "Bakı"nı məğlub edib
Bu gün NBC Bank Azərbaycan kubokunun yarımfinal mərhələsi start götürüb. Siasport.az saytı xəbər verir ki, ilk görüş "İnter"lə AZAL arasında keçirilib. İki paytaxt təmsilçisinin qarşılaşmasında hesab açılmayıb. Bu qarşılaşmada kimin güclü olacağına cavab oyununda aydınlıq gələcək. Lənkəran şəhər stadionunda isə, "Xəzər Lənkəran"la "Bakı" üz-üzə gəliblər. Keçən il də bu iki komanda ölkə Kubokunun finalında qarşılaşmışdılar və həmin oyunda paytaxt təmsilçisi qalib gəlmişdi. Bu qarşılaşmada isə oyunun 28-ci dəqiqəsində Uinston Parksın vurduğu yeganə qol hər şeyə aydınlıq gətirib. Yarımfinal oyunlarının cavab qarşılaşmaları mayın 4-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə