Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? RƏSMİ

"Hələ ki, qadağa 6-7 iyuna aiddir".

Bunu açıqlamasında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Azərbaycan Premyer Liqasının yenidən təxirə salınma ehtimalına münasibət bildirərkən deyib.

"Sonradan nə olacağına hələ baxılacaq" - deyə Məmmədov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Azərbaycanda 6-7 iyunda evdən çıxmağa qadağa qoyulması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə