Formula 1-in 2020 mövsümünün ilk 8 mərhələsinin təqvimi AÇIQLANDI

2020-ci il Formula 1 mövsümünün ilk səkkiz mərhələsinin təqvimi açıqlanıb. SİA-nın məlumatına görə, ilk yarış iyulun 5-də Avstriyada baş tutacaq.

Daha sonra Avstriyada ard-arda ikinci mərhələ keçiriləcək.

İyulun 19-da Macarıstan, avqustun 2-də və 9-da Böyük Britaniya, avqustun 16-da İspaniya, avqustun 30-da Belçika və sentyabrda İtaliya Qran priləri keçiriləcək.

Mövsümün digər mərhələləri, o cümlədən Azərbaycan Qran-prisinin tarixi yaxın vaxtlarda açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə