Atletika üzrə Azərbaycan millisi bu gün açıq havada məşqləri bərpa edir.
SİA-nın məlumatına görə, bunu mətbuata açıqlamasında üç təkanla tullanma növündə Avropa çempionu Nazim Babayev bildirib.
Hazırlıq prosesi saat 11:00-da Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-dən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə