“Trabzonspor” klubu futbolçusu Joao Pereyra ilə müqaviləni uzadıb

Türkiyənin “Trabzonspor” klubu futbolçusu Joao Pereyra ilə müqaviləni uzadıb.

SİA xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı müdafiəçinin sözləşməsinin müddəti daha bir il artırılıb. O, 2020/21 mövsümü üçün 500 min avro qazanacaq.

Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü 2017-ci ildən “Trabzonspor”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə