Pnevmatik güllə atıcılığı üzrə respublika birinciliyinin final mərhələsi keçirilib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı respublikamızın bütün guşələrində bir sıra tədbir və müxtəlif yarışlar keçirilməsinə başlanıb.
Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən "Qarabağ uğrunda qələbə naminə" devizi altında pnevmatik güllə atıcılığı üzrə respublika birinciliyinin məhz ulu öndərimizin doğum günü ilə bağlı keçirilən tədbirlərdən biri olmaqla yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onların vətənin gələcək müdafiəçiləri kimi hərbi hazırlıqlarının yüksəldilməsi işində mühüm əhəmiyyətə malikdir.
SİA-nın xəbərinə görə, birinciliyin ilkin mərhələləri respublikamızın müxtəlif bölgələrində bu turnirin ilkin mərhələləri keçirilmiş və həmin yarışlarda qalib gələn komandalar hazırkı final mərhələsinə vəsiqə qazanıb.
Səbail rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayonun 132-134 saylı Təhsil Kompleksində "Qarabağ uğrunda qələbə naminə" devizi altında pnevmatik güllə atıcılığı üzrə respublika birinciliyinin final mərhələsində Bakı şəhəri və ölkənin digər rayonlarını təmsil edən 9 komanda iştirak edib. İlk dəfə olaraq bu yarışlarda kiçik çaplı snayper silahlarından istifadə olunub.
Final mərhələsi iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin birgə ifası ilə başlanıb. Komandalar atəş xəttinə çıxmış və münsiflər heyətinin nəzarəti altında müəyyən olunmuş sayda güllə atıblar.
Nəticəllər hesabladıqdan sonra yarışın nəticələri elan olunub. Turnirdə I yerə İsmayıllı rayonu, II yerə Gəncə şəhəri, III yerə Səbail rayonu komandaları çıxıb, şəxsi yarışlarda I yerə Qax rayonundan Şəhriyar Məmmədli, II yerə Səbail rayonundan Əbülfəs Hüseynli, III yerə isə Xətai rayonundan Nurlan Nağıyev layiq görülüblər.
Respublika birinciliyinin bağlanış mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov iştirakçıları salamlamış, ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu yarışın əhəmiyyətini, onun gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmlənməsində rolunu vurğulayıblar.
Bu kimi yarışların müxtəlif bölgələrdə tez-tez keçiriləcəyini qeyd edən natiqlər yarış iştirakçılarını təbrik etmiş və yarışlarda fərqlənmiş komandalara və komanda üzvlərinə Kubok, Fəxri Fərmanlar, qiymətli hədiyyələr təqdim ediblər.
Səbail rayonu 132-134 saylı Təhsil Kompleksinin şagirdlərinin ifasında mahnı və rəqs nömrələri ilə qonaqlar və iştirakçılar qarşısında çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB