Serbiya mətbuatı Stamenkoviçin Azərbaycandakı xeyirxah addımından yazdı

“Sabah”ın qapıçısı Saşa Stamenkoviçin Azərbaycandakı xeyirxah addımı ölkəsi Serbiya mətbuatında da işıqlandırılıb.

SİA xəbər verir ki, serblər tanınmış idman şərhçisi Gündüz Abbaszadənin bu gün sosial şəbəkə hesabında Stamenkoviç haqda yazdığı statusa istinadla xəbər hazırlayıb.

G.Abbaszadə statusunda Stamenkoviçin koronavirusa yoluxan jurnalist Anar Cəfərsoya yardım etmək üçün ondan nömrəsini soruşduğunu, eyni zamanda serb qolkiperin bir aylıq maaşını koronavirusla mübarizə fonduna keçirdiyini qeyd edib.

“HotSport” saytı 35 yaşlı qolkiperlə əlaqə saxlayaraq fikirlərini öyrənib: “Bu, edə biləcəyim ən az şeydir. Yeddi ildir buradayam. İstər Serbiya olsun, istər Qazaxıstan və ya Azərbaycan, həmişə kömək etməyə hazıram. Çox şadam ki, dünyanın dörd bir yanına yayılan virusla mübarizədə kiməsə kömək etdim”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...