Ulu öndər Heydər Əliyevin xatirəsinə hərs olunmuş voleybol turnirində finalçılar məlum oldu

Ulu öndər Heydər Əliyevin xatirəsinə hərs olunmuş voleybol turnirində finalçılar məlum oldu

Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş  media nümayəndələri arasında voleybol turnirinin finalçıları məlum olub. Siasport.az saytı xəbər verir ki, "Səs", "İki Sahil" və "Yeni Azərbaycan" qəzetlərinin təşkilatçılığı, "Azərfon" MMC-nin maliyyə dəstəyi ilə keçirilən yarışın yarımfinal mərhələsində ilk olaraq SİA və Səs TV-nin birləşmiş komandası ilə "Mövqe" qəzetinin komandası qarşılaşıb. Gərgin keçən oyunda SİA və Səs TV-nin birləşmiş komandası 2:1 hesabı ilə qələbə qazanıb və finala çıxıb.

Daha sonra isə AzərTAc  və "Xalq qəzeti"nin komandları üz-üzə gəliblər.

Bu oyundan isə 2:0 hesabı ilə AzərTAc qalib ayrılıb. Bu isə o deməkdir ki, finalda SİA və Səs TV-nin birləşmiş komandası ilə AzərTAc mübarizə aparacaq.

Final

SİA+Səs TV – AzərTAc

III yer uğrunda görüş

"Mövqe" – "Xalq qəzeti"

Final oyunlarının keçirilmə vaxtı barədə təşkilatçılar məlumat verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə