Bu mövsüm Avropa qitəsində kubokun ilk final görüşü baş tutub

Bu gün Belarusda ölkə kubokunun final oyunu keçirilib.

SİA xəbər verir ki, həlledici qarşılaşmada BATE ilə “Dinamo” Brest üz-üzə gəlib. Oyun azarkeşlərin iştirakı ilə keçirilib.

Amma koronovirus pandemiyası səbəbindən stadiondakı tamaşaçı sayı tutumunun yalnız 25 faizə qədər bilet satışa çıxarılıb.

Görüşün əsas vaxtı qolsuz başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxta artırlmış son saniyələrdə - 120+1-ci dəqiqədə Zaxar Volkov BATE-yə kuboku qazandıran qolu vurub.

Xatırladaq ki, Belarus pandemiya dövründə futbolu dayandırmayan yeganə ölkə olub. BATE – “Dinamo” qarşılaşması isə bu mövsüm Avropa qitəsində kubokun ilk final görüşüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə