Rusiyanın "Orenburq" klubunun üç futbolçusunda koronavirus aşkarlanıb

Rusiyanın "Orenburq" klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.

SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar yerli oyunçu Andrea Çukanov, isveçli Filip Roqiç və sloveniyalı Jiqa Şkoflekdir. Ötən gün komanda testdən keçib və sözügedən futbolçuların nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, daha əvvəl "Lokomotiv", "Rubin" və "Dinamo"nun futbolçularında da virus aşkarlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə