Bodibildinq üzrə Avropa çempionatının tarixi dəyişib

Avropa Bodibildinq və Fitnes Federasiyası (ABF) qitə çempionatının yeni tarixini açıqlayıb. SİA-nın məlumatına görə, ABF-nin qərarına əsasən Avropa birinciliyi sentyabrın 16-21-də, əvvəlcədən nəzərdə tutulduğu kimi İspaniyanın Santa-Susanna şəhərində təşkil olunacaq.

Əvvəlcə yarışın mayda keçirilməsi planlaşdırılırdı. Ancaq yarış koronavirus pandemiyasına görə, iyuna təxirə salınmışdı. Daha sonra ABF çempionatın iyunda da keçirilməsini məqsədəuyğun saymamışdı.

Qeyd edək ki, sonuncu qitə birinciliyində Azərbaycan millisi 1 medal qazanıb. Belə ki, klassik bodifitnes yarışlarında 171 santimetr kateqoriyasında Fərhad Quliyev bürünc medala sahib olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...