Karate üzrə Avropa çempionatı ləğv olunub

Bakıda keçirilməsi nəzərdə tutulan və Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan karate üzrə Avropa çempionatı ləğv edilib.

SİA-nın Ümumdünya Karate Federasiyasının (WKF) saytına istinadən məlumatına görə, bu qərar Tokio Yay Olimpiya Oyunları üçün təsnifat sistemində dəyişiklik səbəbindən qəbul edilib. Belə ki, Tokio Olimpiadasının 2021-ci ilə təxirə salınması ilə əlaqədar karate turnirlərində təsnifat sisteminin yenilənməsi qərara alınıb. Buna görə də martın 25-29-da Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub. Qitə çempionatının verməli olduğu lisenziya xallarını karateçilər 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil ediləcək Avropa çempionatında qazana biləcəklər.

Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı koronavirus infeksiyası səbəbindən təxirə salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə