BATE səfər qələbəsinə sevinib

Belarus çempionatında 10-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. "Dinamo" öz meydanında BATE-ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:1.

"Dinamo" (Brest) - BATE - 1:3
Qollar: Draqun, 31 (0:1), Milevski, 40 (1:1), Nekayçik, 74 (1:2), Milik, 80 (1:3)

Qeyd edək ki, BATE bu qələbə ilə xalını 22-ə çatdırıb və liderliyini möhkəmləndirib. Bir oyun az keçirlən "Zodino" 18 xalla 2-cidir. Brest "Dinamo"su isə 13 xalla 8-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə