Şahmatçımız dördüncü nəticəni göstərib

Mayın 17-də blits üzrə onlayn Vilhelm Steynits memorialı başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov son 6 turda rusiyalı Piter Svidler, ABŞ şahmatçısı Cefri Ksionq, ispaniyalı David Quiyarro ilə heç-heçə edib. Vyetnamlı Le Quanq Liemə qalib gələn şahmatçımız ukraynalı Anton Korobov və Rusiyanın daha bir təmsilçisi Aleksandr Qrişuka məğlub olub.

Yekun nəticələrə görə şahmatçımız 9,5 xalla 4-cü yeri tutub. Turnirin qalibi 12 xalla norveçli dünya çempionu Maqnus Karlsen olub. Ümumi mükafat fondu 30 min avro olan turnir FIDE-nin və “chess24.com”un təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə