Mayın 16-da bərpa olunan Almaniya Bundesliqasının 26-cı turu bu gün daha iki oyunla davam etdirilib.

SİA xəbər verir ki, “Köln” öz meydanında “Maynts”ı qəbul edib. Görüşdə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.

Digər oyunda isə lider “Bavariya” “Union Berlin”in qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.


“Köln” – “Maynts” – 2:2
Qollar: Uth, 6-pen. (1:0), Kaynz, 53 (2:0), Avoniyi, 61 (2:1), Malonq, 72 (2:2)

“Union Berlin” – “Bavariya” - 0:2
Qol: Levansovski, 40-pen. Pavar, 80

Bu qələbə ilə xalını 58-ə yüksəldən “Bavariya” liderliyini möhkəmləndirib. “Borussiya” (Dortmund) 54 xalla ikinci, Münhenqladbax “Borussiya”sı isə 26 oyundan 52 xalla üçüncü yeri tutur.

Xatırladaq ki, koronovirus pandemiyasına görə Almaniya Bundesliqası iki ay idi keçirilmirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə