“Neftçi” futbol klubunun kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən koronavirus (COVID-19) testi veriblər. SİA-nın məlumatına görə, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, İdarə Heyətinin üzvlərindən də test götürülüb. Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.
Qeyd edək ki, “Neftçi”nin bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB