Koronavirus pandemiyası üzündən yarımçıq başa çatan Fransa Liqa1-də çıxış edən aparıcı klublardan bəzilərinin iştirakı ilə turnir keçirilməsi planlaşdırılır. SİA-nın məlumatına görə, Qətərdə təşkil olunacaq yoldaşlıq turnirində 4 komanda iştirak etməlidir.
Bunlar PSJ, “Lion”, “Lill” və “Sent-Etyenn”dir. İyulda keçirilməli olan turnir PSJ-nin Çempionlar Liqasının bərpa olunacaq həlledici oyunlarına, digərlərinin yeni mövsümə hazırlığına xidmətə hesablanıb.
Bütün qarşılaşmaların Dohada keçirilməsi planlaşdırılır. Hələlik Qətərə giriş qadağan olunsa da, iyula qədər vəziyyətin dəyişəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB