Mbappe PSJ-də qalır

Fransa millisinin və PSJ klubunun futbolçusu Killian Mbappe yay transfer dövründə İspaniya “Real”ına keçməməyə qərar verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 21 yaşlı hücumçunun qərarına koronavirus pandemiyası üzündən iqtisadi vəziyyətin pisləşməsi səbəb olub.

Forvard daha bir mövsümü PSJ-də keçirməyə üstünlük verib. Onun parislilərlə anlaşması 2022-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, əvvəllər “Monako”da oynamış Mbappe PSJ-yə 2017-ci ildə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə